Deputat Astan Şahverdiyevin Qusar rayonunda vəfat etməsi ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Astan Şahverdiyevin yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasını dəyişməsi barədə sosial şəbəkədə yayılan məlumatlarla bağlı Respublika Prokurorluğunda araşdırma başlanıb.
Teleqraf.com Astan Şahverdiyevin ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların aydınlaşdırıması üçün Baş Prokurorluğa sorğu ünvanlayıb.
Yayılan məlumatlarla bağlı prokurorluğun günün ikinci yarısında məlumat yayacağı gözlənilir.
Qeyd edək ki, bəzi mətbuat orqanları Astan Şahverdiyevin ölümü ilə bağlı Qusar rayon Prokurorluğuna istinadla məlumatlar yayır.
Astan Şahverdiyev aprelin 15-də Qusar rayonunda yerləşən “Chateau” otelində ürək tutmasından ölüb.
Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Araşdırma aparılıb.