Suriya lideri Bəşər Əsəd Ukraynanın “Mirotvereç” saytının siyahısına düşüb.
Cahanpress Lenta.ru-ya istinadla xəbər verir ki, buna səbəb kimi Əsədin övladlarının Krımdakı “Artek” düşərgəsində istirahət etməsi göstərilib.
Sayt rusiyalı deputat Dmitri Sablini mənbə kimi göstərib.
Qeyd edək ki, sözügedən saytın siyahısına Ukrayna dövlətinə xəyanət edən, terrora dəstək verən şəxslər düşür.
Bəşər Əsəd üç cinayətdə ittiham olunur: Yarımadada istirahətdə olan övladlarının yanına getdiyinə, Rusiyanın anti-Ukrayna hadisələrinə qatıldığına və Krımın ilhaqını qanuniləşdirməyə cəhd etdiyinə görə.
Suriya lideri Ukraynada saxlanılsa, onu beş ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, 2014-cü ilin mart ayında keçirilən referendumdan sonra Krım Rusiya Federasiyasının tərkibinə daxil olub.