Türkiyənin Bursa şəhərində ov gülləsi ilə məscidin minarəsinə çıxan bir gənc ətrafa atəş açıb. “Burdan ancaq mənim cəsədim çıxacaq” deyə bağıran gənc xüsusi təyinatlı polislərin gəlməsini tələb edib.
Cahanpress Türkiyə KİV-nə istinadla xəbər verir ki, borcu olduğundan həbs qərarı çıxarılan Murat Tahsin məhz buna görə belə bir addım atıb. Hadisə yerinə təcili yardım, yanğınsöndürən briqadaları və polis gəlib.
“Övladlarımın anası yoxdur, bir azdan atası da olmayacaq. Burdan mənim cəsədim çıxacaq” deyərək bağıran Murat Tahsinin psixoloji vəziyyətinin normal olmadığı bildirilir. Bursa Əmniyyət Müdürlüyünün xüsusi təyinatlı polisləri minarəyə çıxan gənci zərərsizləşdirmək və xilas etmək üçün hadisə yerinə göndərilib.