Anakarada səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
Cahanpress Türkiyə mediasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 20.40-da başlayan görüş jurnalistlər üçün qapalı olub.
Reks Tillersonun həmçinin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulub.