San-Fransiskodan Havay adalarına uçan Boinq-777 təyyarəsinin sərnişini təyyarənin mühərriklərindən birinin havada olan zaman necə dağıldığının görüntüsünü yayıb.
Cahanpress Axar.az-a istinadən xəbər verir ki, sərnişin təyyarənin “Yunayted Eyəlayns” aviaşirkətinə aid olduğunu bildirib. Şirkət nümayəndələri mühərrikin dağılması səbəbinin hələlik müəyyənləşdirilmədiyini vurğulayıb.
Təyyarənin yerə təhlükəsiz şəkildə eniş etdiyi açıqlanıb.