Moskvada 106 yaşlı qadından polisə şikayət edilib. Şikayətçi isə həmin qadının 76 yaşlı qızıdır.
Şikayətə əsasən, yaşı yüzü keçmiş qadın qızının pullarını və sənədlərini oğurlayıb.
Polisdən bildirilib ki, şikayətçi qadın hansı məbləğdə pulunun oğurlanmasını xatırlaya bilməyib. Hüquq-mühafizə orqanı şikayəti araşdırır. (Virtualaz.org)